“CANTINETTA ANTINORI” RESTORAN

“Cantinetta Antinori” italyan restoranı Bakı şəhərinin çoxmədəniyyətli mərkəz olduğuna bir nümunədir. Restoran Bakı şəhəri, Neftçilər Prospekti, 87 ünvanında yerləşir.

Paytaxtın ən qədim hissəsi olan və “UNESCO” tərəfindən dünya mədəni irsi siyahısına daxil edilmiş İçərişəhər Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərir.