TEXNİKİ SİSTEMLƏR

Biz müxtəlif yerlərdə – unikal memarlıq obyektlərinin, yüksək həssaslığa malik İT texnologiyanın, sənaye sistemlərinin, mütəhərrik tərkibli nəqliyyat vasitələrinin, yeraltı stansiyalar,  kabel və sualtı tunellər kimi mürəkkəb ictimai infrastrukturun qorunmasında istifadə oluna biləcək hazır həll yolları təklif edirik.

Komandamız Sizə yanğından mühafizə üçün həll yolları işləyib hazırlamaqda məmnuniyyətlə yardım edəcəkdir. “Kontinent İnşaat” dəmiryolu nəqliyyatında, tunel sistemləri, binalar və sənayedə yanğından mühafizə üçün müasir tələblərə cavab verən ideal yanğın təhlükəsizliyi metodları işləyib hazırlamaqda uğurlara nail olmuş mükəmməl komandaya malikdir.