“XƏTAİ PARK” YAŞAYIŞ KOMPLEKSİ

Azərbaycanın inşaat sektorunda bənzərsiz bir layihə olan “Xətai Park” zövqlü həyatın və biznes tərzinin ünvanıdır. Kompleks yaşayış məkanları, biznes və iaşə obyektləri sahəsində mövcud olan ən müasir dünya standartlarına cavab verir.

“Xətai Park” altı və bir bloklu 5 binadan ibarətdir. 20-23 mərtəbəli binalardan ibarət kompleksdə 1528 mənzil istifadəyə veriləcək. Şirkət üçün ən başlıca hədəf müştəri məmnuniyyətinə nail olmaqdır. Məhz buna görə də sakinlərə müstəsna bir xidmət – mənzillərin daxili quruluşunu öz arzularına uyğun şəkildə formalaşdırmaq və dizayn etmək təklif edilir.