MENECEMENTDƏN MESAJ

Azərbaycanın tikinti sektorunda 2010-cu ildən etibarən fəaliyyət göstərən “Kontinent İnşaat” şirkəti qısa müddət ərzində bir sıra uğurlu layihələri ilə özünü yüksək səviyyədə tanıda bilimişdir.

İqtisadi, mədəni və ictimai əhəmiyyət daşıyan bənzərsiz layihələrə imza atan Şirkətimiz özünün strateji fəaliyyəti ilə seçilir. Şəhərsalmada xüsusi memarlıq həlləri ilə fərqlənən, modern yaşayış kompleksləri, biznes, turizm və istirahət sahələrinin inşası daxil olmaqla, ölkə iqtisadiyyatında geniş profilli fəaliyyəti ilə seçilən “Kontinent İnşaat” hər bir sahədə keyfiyyət brendinə çevrilməyi qarşısına məqsəd qoymuşdur. Fəxrlə deyə bilərik ki, bu məqsədimizə nail ola bilmişik. Təkcə paytaxtımız Bakıda deyil, Azərbaycanın regionlarında da həyata keçirdiyi əhəmiyyətli layihələrin qazandığı uğurlarla Şirkətimiz qürur duyur.

Müxtəlif istiqamətli inşaat-infrastruktur fəaliyyətimizdə prioritet hesab etdiyimiz prinsiplər vardır: biz tikintiyə təkcə biznes sahəsi kimi yox, həm də yeni həyat və düşüncə tərzi kimi baxırıq. Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi standartları Şirkətimizin strateji hədəflərində çox əhəmiyyətli yerlərdən birini tutur. Biz tikinti və istehsal proseslərini “itkisiz fəaliyyət” prinsipi əsasında gerçəkləşdiririk və istənilən növ tikinti işlərində peşəkar yanaşmanı və müasir standartları tətbiq etməkdə israrlıyıq.

“Kontinent İnşaat” ölkəmizdə qurub yaratdığı hər bir biznes sahəsində, həyata keçirdiyi unikal, əhəmiyyətli və müasir innovasiyalı layihələrdə özünün peşəkar və təcrübəli komandasına arxalanır. Biz məhz etibarlı əməkdaşlıq, səmərəli idarəetmə və novatorluq keyfiyyətləri sayəsində Azərbaycanın ən qabaqcıl şirkətlərindən birinə çevrilməyə nail olmuşuq.