MƏQSƏD

Hədəfimiz müştərilərimizin rəğbətini, rəqiblərimizin hörmətini, tərəfdaşlarımızın inamını və insanların etibarını qazanmaqdır. Beləliklə, biz bu faktorlar sayəsində yerli bazarda və regionda aparıcı şirkətə çevrilmək arzusundayıq.

VƏZİFƏLƏR

Biz vəzifələrimizi aşağıdakı prinsiplər əsasında həyata keçiririk:

  • Optimallıq: tikinti və istehsal proseslərini “itkisiz fəaliyyət” əsasında reallaşdırmaq;
  • Vaxtında və effektiv idarəetməni tətbiq etmək;
  • Müştəriyə yönəlmək: öz xidmətlərimizlə müştəri məmnuniyyətini təmin etmək;
  • Yüksək nəticə: üstün cəhətlərimizi, innovativ layihələrimizi inkişaf etdirməklə, materialın son dərəcə keyfiyyətli olmasını, ən müasir texnologiyanı, vaxtında tamamlamanı və işin keyfiyyətinin ən yüksək səviyyədə olmasını təmin etməklə tərəfdaşlarımızın və səhmdarların dəyərini yüksəltmək;
  • Xərclərin optimallaşdırılması: təhlükəsizliyi və kapitalın effektivliyini nəzərə çarpacaq dərəcədə təkmilləşdirən innovativ həll yollarını tapmaq.