“FİBERSTONE” MMC (İstehsal)

Yüksəktexnologiyalı müasir inşaat materialı olan şüşəlifli betonun istehsalı üzrə ixtisaslaşan “Fiberstone”MMC 2017-ci ilin əvvəlində Bakıda fəaliyyətə başlayıb.

Avropa ölkələrində geniş şəkildə istifadə olunan şüşəlifli materiallar artıq Azərbaycanda da istehsal edilir. Davamlı, uzunömürlü və ekoloji cəhətdən təmiz olan şüşəlifli betondan hazırlanan məhsullar təmir-bərpa, o cümlədən həssas və incə divarlı qeyri-standart daş səthləri üçün ideal seçim sayılır. Şirkətin personalı təcrübəli və ixtisaslaşmış mütəxəssislərdən ibarətdir və müqavilə öhdəliklərinin mükəmməl şəkildə yerinə yetirilməsinə və əməkdaşlıq qaydalarına ciddi riayət olunmasına zəmanət verir.

 Marcus Martin Womens Jersey