LAYİHƏLƏRİN İDARƏ OLUNMASI

“Kontinent İnşaat” tikinti şirkətinin layihənin idarə olunması üzrə heyəti tikinti işinin ağır, irimiqyaslı, kiçikmiqyaslı, mürəkkəb və ya sadə olmasından asılı olmayaraq layihənin tam qaydasında,

vaxtında və büdcəniz çərçivəsində həyata keçirilməsini təmin edəcəkdir.

“Kontinent İnşaat”da biz layihənin hədəflərinə, eləcə də keyfiyyətin, xərclərin və vaxtın idarə olunmasına nail olmaq üçün dizayn, planlaşdırma, icra və tikintidən sonrakı mərhələlər daxil olmaqla tikinti işlərində layihələrin effektiv şəkildə idarə olunması metodlarından istifadə edirik.

Biz bilirik ki, layihələrin peşəkar səviyyədə idarə olunması müvəffəqiyyət üçün strateji əhəmiyyət kəsb edir. Müəyyən olunmuş qrafik, büdcə və layihə hədəflərinə nail olmaq üçün əlaqədar vasitə və resurslarla təchiz edilmiş səriştəli layihə meneceri isə əvəzolunmazdır.