XİDMƏTLƏR

Şirkət əsaslı tikinti, memarlıq, texniki layihələndirmə və əsaslı təmir xidmətləri, eləcə də “ağıllı ev” və yanğın təhlükəsizliyi sistemləri də daxil olmaqla yüksək kateqoriyalı xidmətlər təklif edir.

“Kontinent İnşaat” Azərbaycanda və xaricdə əhəmiyyətli daşınmaz əmlak layihələrini tamamlamaqla, mehmanxanalardan yaşayış komplekslərinədək müxtəlif biznes sahələrindəki tikinti və dizayn layihələrində yüksək peşəkarlıq nümayiş etdirir.

Biz insanların həyatına zövq və rahatlıq gətirəcək və şirkətlərin uğur qazanmasına öz töhfəsini verəcək dizayndan istifadə edirik. Təqribən 2000-ə yaxın işçidən və podratçıdan ibarət peşəkar heyətimiz dünya miqyasında 350 tərəfdaşdan ibarət şəbəkə vasitəsilə əməkdaşlıq edir.

Məqsədimiz insanların tələbatları, ətraf mühitin qorunması, əlavə dəyərin yaranması, elm və mədəniyyətin yeni metodlarla əlaqələndirilməsi yolu ilə müştərilərimiz üçün müstəsna dizayn ideyaları və həll yolları təklif etməkdir.

Bizim dizaynla bağlı həll yollarımız çoxistiqamətli peşəkar heyətləri, alternativləri araşdırmağa, bilikləri bölüşməyə və tikinti mühitinin problemlərini həll etməyin yeni üsulalrını axtarıb tapmağa təşviq edən əməkdaşlıq prosesindən qaynaqlanır. İstedadlı dizaynerlər və təcrübəli menecerlərdən ibarət olan peşəkar və enerjili heyətimiz yaşayış evlərinin istənilən dizayn layihəsini mükəmməl səviyyədə və vaxtında həyata keçirməklə müştərilərimizə yol göstərir.

Heyətimiz müştərilərimizə və onların ailələrinə hədsiz doğma olan təmtəraqlı və innovativ evlərin yaradılması ilə qürur duyur. Biz anlayırıq ki, başladığımız hər bir layihənin məxsusi tələbləri, büdcəsi və görülən işin keyfiyyət səviyyəsi var. Hər bir ev birbaşa müştərilərimizin tələblərinə cavab verən və onların fərdi tərzinə uyğun olan individual yanaşma tələb edir. Biz elit müştərilərimizi interyerin yenidən qurulması, yeni tikinti və interyerin tamamlanması prosesi ilə tanış edərkən, eləcə də açar-təslim, dizayn və tikinti xidmətlərini təklif edərkən peşəkar biliyimizə və üstün təcrübəmizə əsaslanırıq.