Tamamlanmış layihə / Quba
quba3

"Quba Palace"

 

Azərbaycanda ilk və yeganə qolf meydançasına malik “Quba Palace” otel kompleksi 2013-cü ildə istifadəyə verilib.

Quba rayonunun Əski İqrığ kəndində yerləşən kompleks yeddimərtəbəli əsas binadan, 26 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsindən və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 127 hektar ərazini əhatə edir.

"Quba Palace"

 

Ərazidə ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, tennis meydançası, voleybol, basketbol və mini-futbol sahələri, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar da mövcuddur.

Mehmanxana “Kontinent İnşaat” şirkətinin İdarəetmə və Konsaltinq qrupu tərəfindən idarə olunur.

quba4