İş İmkanları

Namizədlərin Diqqətinə!

Sizə uyğun olan vakansiyaya müraciət etmək üçün, "Ərizə-Anket" formasını doldurub, mövzu yerinə müraciət etdiyiniz vakansiyanın adını yazaraq "hr@kontinent.az" elektron poçtuna göndərməyiniz xahiş olunur.

Ərizə-Anket - Kontinent İnşaat

Layihə rəhbəri

Vəzifə üzrə öhdəliklər:

• Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
• Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsini,
• Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi,
• Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
• Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
• Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi,
• Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
• Layihənin gedişatı və xərclərlə bağlı periyodik hesabatların hazırlanmasının təmin edilməsi.

Vəzifəyə tələblər:

• İnşaat Mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
• İnşaat sahəsi əsasən sənaye və mülki binaların tikintisində minimum 10 il iş təcrübəsi;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
• Rəsmi yazışma edə bilmə səviyyəsində ingilis dili bacarığı arzuolunandır;

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini hr@kontinent.az elektron ünvanına, mövzu hissəsində “Layihə rəhbəri” qeyd edərək göndərə bilərlər.

Qeyd: Göndərilən müraciətlərə diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən tələblərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri daha uygun tələb və vakansiyalar üzrə dəyərləndirmək məqsədilə CV bazasına əlavə edilir.

Memar

Funksiyaları:

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirir;
  • Şəhərlərin, müəssisələrin, bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edir;
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir;
  • Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik edir;
  • Layihə axtarış işlərinin aparılmasında sifarişçilərlə və subpodrat təşkilatlarla müqavilə bağlamaq üçün sənədlər hazırlayır;
  • Tədqiqat axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak edir;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin edir;
  • Yuxan təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak edir;
  • Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarət edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;
  • Layihələşdirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edir;
  • Yerinə yetirilmiş işlər haqqında elmi-texniki hesabatın bölmələrini tərtib edir;
  • Layihələşdirmə və tikintidə olan qabaqcıl təcrübəni öyrənir;
  • Səmərələşdirici təkliflərə və ixtiralara, eləcə də layihələşdirmə və tikintiyə aid olan normativ materialların layihələrinə rəy verir.

Səlahiyyətləri:

- Fəaliyyətinə aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək (bilavasitə rəhbəri və ya idarəetmə orqanları tərəfindən tanışlığa qadağa qoyulan məlumatlardan başqa) Məsuliyyəti Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə qanunvericilik, əmək müqaviləsi və lokal korporativ aktlarla müəyyən olunmuş məsuliyyət daşıyır.

Vəzifəyə olan tələblər:

  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
  • Kompyuter biliyi: Archicad, Autocad, 3D Max, Word, Excel və İnternetdə işləmə bacarığı;
  • İdarəetmə və qərar qəbul etmə qabiliyyəti;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Digər şərtlər:

  • Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;
  • Əmək fəaliyyəti prosesində müəssisənin struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.

Bilməlidir:

  • Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid rəhbərliyin qərar, sərəncam və göstərişlərini;
  • metodiki normativ və digər rəhbər materialları;
  • rayon planlaşdırılması sxemini və şəhərlərin baş planını; layihələşdirmənin metodlarını;
  • layihə işlərinin təşkili və planlaşdırılmasını;
  • işlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
  • şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçiril-məsində məhəlli və yerli təbii, iqtisadi, sosial və digər şərtləri;
  • tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
  • tikinti norma və qaydalarını;
  • layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları;
  • layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
  • layihələşdirmə və tikinti işində qabaqcıl təcrübəni;
  • əməyin, istehsalat və idarəetmənin təşkilini;
  • əmək qanunvericiliyinin əsaslarını;
  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Mühəndis - mexanik

Funksiyaları:

  • İnşaat maşın və mexanizmlərinin istismar prosesində istifadəsinə, texniki vəziyyətinə və onlara göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edir;
  • Sahəyə məxsus inşaat maşın və mexanizmlərinin təmiri və texniki xidməti üzrə işə rəhbərlik edir;
  • Bu maşın və mexanizmlərə vaxtaşırı baxış və sınaq keçirilməsini təşkil edir;
  • Onların texniki xidmət və sınaq keçirilməsini təşkil edir. Onların texiki xidmət və təmirləinin planlaşdırılmasında iştirak edir;
    İnşaat maşınlarının işiin uçotunu təşkil edir və onların istifadəsi üzrə hesabat sənədlərii tərtib edir;
  • Maşın və mexanizmləri təmirə verir. Təmirin vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. Yeni maşınları qəbul edir və onları texiki müayinədən keçirir. İstismar etmə müddətinə və digər səbəblərəörə, sıradan çıxmış maşın və mexanizmlərin silinməsi üçün lazımi sənədləri hazırlayır;
  • Qış şəraitində işləmək üçün inşaat maşın və mexanizmlərinin hazırlığı üzrə tədbirlər görür. Sahədə olan inşaat maşınlarının pasportlaşdırılması və uoçtunu (mövcud, daxil olan, yerdəyişən) aparır;
  • Özü hərəkət etməyən və ya aşağı sürətdə hərəkət edən maşın və mexanizmlərin quraşdırma, sökülmə, nəql edilməsi üzrə işə rəhbərlik edir;
  • Baş podrat ümumtikinti təşkilatlarında tikinti obyektləri üçün metal konstruksiyalarının quraşdırılması, meal məmulatlaının hazırlanması və obyektlərin elektrik, istilik və su təchizatı üzrə işlərinə rəhbərlik edir;
  • Sahədə olan inşaat maşın, mexanizmlər, qaldırıcı qurğu, cihazlar, elektrik avadanlığı, qazqaynaq aparatları, təzyiq altında işləyən qabların, quraşdırma, sökülmə, istismar və təmiri zamanı təhlükəsizlik texnikasıın qaydalarının yerinə yetirilməsini, habelə oların saz olması və müntəzəm yoxlanmasını təmir edir;
  • Texniki ləvazimatın saz olmasına nəzarət edir, Sahəyə məxsus maşın və mexanizmləri, avadanlıqlar, asma nənnilərin və digər qurğuların sınaqdan keçirilməsini təşkil edir. Kiçik mexanizasiya vasitələri, mexanikləşdirilmiş və əl ilə görülən işərdə istifadə olunan alətlərin, tikinti ləvazimatının düzgün istismarını təmin edir; səyyar alət-paylayıcı stansiya (SPAS) və alət-paypayıcı anbarlarını (APA) alət və avadanlıqlarla komplektləşdirir, onların istismar, təmir və uçotunu təşkil edir;
  • İnşaat maşın və mexanizmlərinə xidmət edən sahə fəhlələrini təhüksəizlik iş metod və üsulları üzrə təlimatlandırır və öyrədir;
  • İş yerlərini əməyin mühafizəsi üzrə xəbərdaredici yazı, plakat və təlimatlarla təmin edir;
  • Baş vermiş qəza və bədbəxt hadisələrin səbəblərinin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir;
  • Əl və mexanikləşdirilmiş alət və kiçik mexanikləşdirmə vasitələri materiallar, ehiyat hissələri, yığma hissələr, komplektləşdirici məmulatların alınması üçün sifaişləri tərtib edir, onların isifadəsinə nəzarət edir və onların işlədilməsi üzrə uçt və hesabat sənədlərini aparır;
  • Tikinti meydançasında v təmir-quraşdırma emalatxanalarında fəhlə-mexanizatorlara rəhbərlik edir;
    Məsuliyyəti Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə qanunvericilik, əmək müqaviləsi və lokal korporativ aktlarla müəyyən olunmuş məsuliyyət daşıyır.

Vəzifəyə olan tələblər:

  • Təhsil: Ali xtisas təhsili;
  • Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
  • Kompyuter biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı;
  • İdarəetmə və qərar qəbul etmə qabiliyyəti;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Bilməlidir:

  • Maşın və mexanizmlərinin təmiri və xidmət göstərilməsinin təşkili üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
  • inşaat maşın və mexanizmlərinin üzrə texniki xarakteristikasını;
  • konstruktiv xüsusiyyətlərini. təyinatını və iş rejimini, onların texniki istismar qaydalarını;
  • təmir işlərinin Texnologiya və təşkilini: avadanlığı quraşdırma, nizamlama və sazlama metodlarını;
  • tikinti istehsalatının texnologiyasının əsaslarını; iqtisadiyyatın, istehsalın təşkilinin əməyin, idarəetmənin əsaslarını;
  • əmək qanunvericiliyinin əsaslarını;
  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Elektrik mühəndisi

Funksiyaları:

  • Elektron avadanlığın düzgün texniki istismarını, fasiləsiz yüksək məhsuldarlıq işini təmin edir;
  • perspektiv, illik planların, iş, texniki xidmət, avadanlığın təmiri cədvəllərinin, onların istismarının yaxşılaşdırılması, zay məhsulun və boşdayanmanın qarşısının alınması, işin keyfiyyətinin artırılması, hesablama texnikasından səmərəli istifadə tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;
  • avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparır və onları təmir edir;
  • Elektron texnikasına texniki xidmət edir; onun istifadəsini, iş qabiliyyətini, profilaktik və cari təmirinin aparılmasını təmin edir;
  • Təsdiq olunmuş sənədlərə uyğun olaraq təmir işlərini vaxtında və keyfiyyətlə aparılması tədbirlərini görür;
  • Avadanlığın təmir və sınaq işlərinin aparılmasına, onun təlimatlara uyğun istismar olunmasına nəzarət edir. Elektron avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması, onlara profilaktik baxış və cari təmirin aparılması, avadanlığın əsaslı təmirdən sonra qəbul edilməsi, eləcə də yeni istismara verilən avadanlığın qəbulu və istifadəsində iştirak edir;
  • Avadanlığın istifadə olunmasının uçotunu aparır və göstəricilərini təhlil edir, onun iş rejimini və istismar olunması şərtlərini öyrənir, elektron avadanlığın istismarı və ona texniki xidmət üzrə normativ sənədləri işləyib hazırlayır. Avadanlığa və onun ehtiyat hissələrinə sifarişləri, təmir aparılması üçün texniki sənədləri və iş üzrə hesabatlan tərtib edir. Elektron texnikasının vaxtında ehtiyat hissələri və materialları ilə təmin edilməsinə nəzarət edir, radioelektron aparatlarının mühafizəsini təşkil edir.

Səlahiyyətləri:

  • Fəaliyyətinə aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək (bilavasitə rəhbəri və ya idarəetmə orqanları tərəfindən tanışlığa qadağa qoyulan məlumatlardan başqa) Məsuliyyəti Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə qanunvericilik, əmək müqaviləsi və lokal korporativ aktlarla müəyyən olunmuş məsuliyyət daşıyır.

Vəzifəyə olan tələblər:

  • Təhsil: Ali ixtisas təhsili;
  • Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
  • Kompyuter biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı;
  • İdarəetmə və qərar qəbul etmə qabiliyyəti;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Digər şərtlər:

  • Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;
  • Əmək fəaliyyəti prosesində müəssisənin struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir;

Bilməlidir:

  • Elektron-hesablama maşınlarının istismarı və təmirinə aid rəhbər və normativ sənədləri;
  • avadanlığın konstruktiv xüsusiyyətlərini və iş rejimini, texniki istismar qaydalarını;
  • məlumatın mexaniki emal edilməsi texnologiyasını;
  • təmir xidmətinin təşkilini;
  • elektron hesablama texnikasının istismarını və texniki xidməti üzrə qabaqcıl təcrübəni;
  • avadanlığın ehtiyat hissələrinin təmirinin aparılmasını; əməyin və istehsalatın təşkilinin əsaslarını;
  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Sahə memarı

Vəzifə funksiyaları:

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması;
  • Şəhərlərin, müəssisələrin, bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edir;
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir;
  • Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə iştirak edir;
      Layihə axtarış işlərinin aparılmasında subpodrat təşkilatlarlar ücün layihə sənədləri hazırlayır;
      Tədqiqat axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak edir;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin edir;
  • Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarət edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;
  • Layihələşdirməyə və tikintiyə aid layihə normativ materialların işlənib hazırlanmasında iştirak edir;
  • Yerinə yetirilmiş işlər haqqında elmi-texniki hesabatın bölmələrini tərtib edir;
  • Layihələşdirmə və tikintidə olan qabaqcıl təcrübəni öyrənir;
  • Səmərələşdirici təkliflərə və ixtiralara, eləcə də layihələşdirmə və tikintiyə aid olan normativ materialların layihələrinə təklif verir.

Vəzifəyə olan tələblər:

  • Təhsil: Memarlıq-inşaat üzrə ali təhsil
  • Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı
  • Kompyuter  biliyi: Word, Excel,AutoCad,ArchiCad və İnternetdə işləmə bacarığı.
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
  • Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.
Təchizatçı

Funksiyaları:

  • Yeni alınmış tikinti materiallarının, avadanlıqların qəbulu üzrə aktların tərtibat və rəsmiləşdirilməsini yerinə yetirir. Tikinti materialların, avadanlıqların qəzaya uğramasının və sınmasının araşdırılmasında və bu barədə aktların tərtib edilməsində iştirak edir.
  • Tikinti materiallarının, avadanlıqların qəza vəziyyətinə düşməsi və sınması-üzrə təhlil aparır və nəzarət edir, onların nəticələrinin aradan götürmək üçün təkliflər işləyib hazırlayır.
  • Tikinti materiallarına, avadanlıqlara olan tələbatı əsaslandırmaq və onların alınması  üçün sifarişləri tərtib etmək məqsədləri ilə, müvafiq hesablama materiallarını hazırlayır.
  • Daxil olan materialların, avadanlıqların bölmələr, layihələr üzrə paylanmasında iştirak edir.
  • Artıq və istifadə olmayan avadanlıq, mexanizm və aqreqatları aşkar edir.
    İstifadəsiz qalan materialları, avadanlıqları təşkilatın daxilində yenidən payşdırılmasını və ya kənar təşkilatlara realizasiya olunmasını təmin edir.
  • Mal göndərən təşkilatlardan daxil olan materialların, avadanlıqların yükləmə, gətirilmə və boşaldılmasını təşkil  edir.
  • Material və avadanlıqlar üzrə hesabatın vaxtlı-vaxtında və  keyfiyyətli tərtibatını təmin edir.

Vəzifəyə olan tələblər:

  • Təhsil:  Ali təhsil.
  • Təcrübə: müvafiq sahə üzrə 5 ildən və tikinti sahəsində 2 ildən az olmayaraq iş stajı
  • Kompyuter  biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı.
  • İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
  • Azərbaycan və ingilis dillərində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Digər şərtlər:

  •  Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində  onunla əməkdaşlıq edir;
  • Əmək fəaliyyəti prosesində müəssisənin struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə  təsir göstərən hərəkətlərə yol verməməlidir;

Bilməlidir:

  • Tikinti istehsalatının texnologiyasının əsaslarını;
  • Təmir xidmətinin təşkilini;
  • Avadanlıqların işləməsinin və təmir işlərinin icrasının planlaşdırılmasının metod və qaydalarını;
  • Texnoloji avadanlıqların plan-xəbərdaredici təmir və səmərəli istismarının vahid sistemini;
  • Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konsruktiv xüsusiyyətini, iş  rejimi və Təyinatını, onun istismar qaydalarını;
  • Avadanlıqların istismar, təmir və moderinləşdirilməsinə əməyin elmi təşkilinə qoyulan tələbləri;
  • İqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin  və idarəetmənin əsaslarını əmək qanunvericiliyinin əsaslarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalar.
İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi

Funksiyaları

Inşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisinin başlıça məqsədi Keyfiyyət İdarəetmə Sistem sənədlərinin, o cümlədən prosedurların, iş icra üsullarının, nəzarət və sınaq planları üzrə öhdəsinə düşən işlərin dəqikliklə və yuksək keyfiyyətlə yerinə yetirilməsinə nail olmaqdan ibarətdir.

  • İşin spesifikasiya haqqında məlumatlı olmaq, öz işinin tədbiqinə dair sənədlər, o cümlədən Nəzarət və sınaq Planı, Prosedurlar, İşin İcra Usulları əsasında qurmaq.
  • Fəaliyyət göstərdikləri sahədə,  çalışanlara sənədlərin (prosedur, təlimat, forma və s.) istifadəsi, məlumat, sənəd və istehsal qeydləri və İdarəetmə sistemlərinin təcrübə və işinə uyğun digər məlumatlar vermək, dəstək olmaq, zəruri maarifləndirmə
  • Fəaliyyət göstərdikləri sahədə, İdarəetmə sistemlərinin siyasət və məqsədlərinin başa düşülməsini və bunlara uyğun hərəkət edilməsini təmin etmək.
  • İdarə sistemləri çərçivəsində gördüyü işlərdə, işlədiyi strukturu təmsil edərək, bu işlərə lazımı əlavələr etmək üçün  Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə  məlumat vermək. 
  • Qruplar, bölmələr və layihələr (tikinti) əsasında İdarə sistemlərinin sənəd və qeydlərini paylamaq, onlara nəzarət etmək.
  • Yoxlamalarda və ya yoxlamalardan kənar müəyyən edilən və ya qarşıya çıxa biləcək uyğunsuzluqlar barədə Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə məlumat vermək.
  • İslahedici və önləyici fəaliyyətləri planlaşdırmaq, onlara nəzarət etmək, zəruri təkmilləşdirici fəaliyyətlər tövsiyə etmək, planlaşdırmaq və həyata keçirilməsində əmin olmalıdır. 
  • İdarə sistemləri çərçivəsində yer alan təklif sisteminə uyğun olaraq, rəy və təkliflərin təqdim edilməsinə dəstək olmaq.

Vəzifəyə olan tələblər:

  • İnşaat üzrə ali təhsil
  • İxtisası üzrə azı 3 il iş stajı 
  • Kompyuter  biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı.
  • Nəzarət və qərar qəbul etmə qabiliyyəti.
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
  • Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Bilməlidir:

  • İqtisadiyyatın və əsaslı tikintinin əsasi iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini;
  • tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarınıq sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri, sahənin və təşkilatın texniki və iqtisadi inkişafının perspektivlərini;
  • bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini;
  • iqtisadiyyatı və istehsalın; əməyin və idarəetmənin təşkilini;
  • podrat müqavilələrinin bağlanma və icra qaydalarını;
  • təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;
  • tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni;
  • mülki və əmək qanunçuluğunun əsaslarını;
  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları.
Mexanika işləri üzrə keyfiyyətə nəzarət mühəndisi

Funksiyaları:

Mexanika işləri üzrə keyfiyyətə nəzarət mühəndisin başlıça məqsədi Keyfiyyət İdarəetmə Sistem sənədlərinin, o cümlədən prosedurların, iş icra üsullarının, nəzarət və sınaq planları üzrə öhdəsinə düşən işlərin dəqikliklə və yuksək keyfiyyətlə yerinə yetirilməsinə nail olmaqdan ibarətdir.

  • İşin spesifikasiya haqqında məlumatlı olmaq, öz işinin tədbiqinə dair sənədlər, o cümlədən Nəzarət və sınaq Planı, Prosedurlar, İşin İcra Usulları əsasında qurmaq.
  •  Fəaliyyət göstərdikləri sahədə,  çalışanlara sənədlərin (prosedur, təlimat, forma və s.) istifadəsi, məlumat, sənəd və istehsal qeydləri və İdarəetmə sistemlərinin təcrübə və işinə uyğun digər məlumatlar vermək, dəstək olmaq, zəruri maarifləndirmə
  • Fəaliyyət göstərdikləri sahədə, İdarəetmə sistemlərinin siyasət və məqsədlərinin başa düşülməsini və bunlara uyğun hərəkət edilməsini təmin etmək.
  • İdarə sistemləri çərçivəsində gördüyü işlərdə, işlədiyi strukturu təmsil edərək, bu işlərə lazımı əlavələr etmək üçün  Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə  məlumat vermək.
  • Qruplar, bölmələr və layihələr (tikinti) əsasında İdarə sistemlərinin sənəd və qeydlərini paylamaq, onlara nəzarət etmək.
  • Yoxlamalarda və ya yoxlamalardan kənar müəyyən edilən və ya qarşıya çıxa biləcək uyğunsuzluqlar barədə Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə məlumat vermək.
  • İslahedici və önləyici fəaliyyətləri planlaşdırmaq, onlara nəzarət etmək, zəruri təkmilləşdirici fəaliyyətlər tövsiyə etmək, planlaşdırmaq və həyata keçirilməsində əmin olmalıdır. 
  • İdarə sistemləri çərçivəsində yer alan təklif sisteminə uyğun olaraq, rəy və təkliflərin təqdim edilməsinə dəstək olmaq.

Vəzifəyə olan tələblər:

  • Ali ixtisas təhsilli və ixtisası üzrə mütəxəssis olaraq azı 3 il iş stajı Kompyuter  biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı.
  • Nəzarət və qərar qəbul etmə qabiliyyəti.
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
  • Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Bilməlidir:

  • İqtisadiyyatın və əsaslı tikintinin əsasi iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini;
  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarınıq sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri, sahənin və təşkilatın texniki və iqtisadi inkişafının perspektivlərini;
  • Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini;
  • İqtisadiyyatı və istehsalın; əməyin və idarəetmənin təşkilini;
  • Podrat müqavilələrinin bağlanma və icra qaydalarını;
  • Təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;
  • Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni; 
    mülki və əmək qanunçuluğunun əsaslarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları.
Elektrik işləri üzrə keyfiyyətə nəzarət mühəndisi

Funksiyaları

Elektrik işləri üzrə keyfiyyətə nəzarət mühəndisin başlıça məqsədi Keyfiyyət İdarəetmə Sistem sənədlərinin, o cümlədən prosedurların, iş icra üsullarının, nəzarət və sınaq planları üzrə öhdəsinə düşən işlərin dəqikliklə və yuksək keyfiyyətlə yerinə yetirilməsinə nail olmaqdan ibarətdir.

- İşin spesifikasiya haqqında məlumatlı olmaq, öz işinin tədbiqinə dair sənədlər, o cümlədən Nəzarət və sınaq Planı, Prosedurlar, İşin İcra Usulları əsasında qurmaq. 
- Fəaliyyət göstərdikləri sahədə,  çalışanlara sənədlərin (prosedur, təlimat, forma və s.) istifadəsi, məlumat, sənəd və istehsal qeydləri və İdarəetmə sistemlərinin təcrübə və işinə uyğun digər məlumatlar vermək, dəstək olmaq, zəruri maarifləndirmə 
- Fəaliyyət göstərdikləri sahədə, İdarəetmə sistemlərinin siyasət və məqsədlərinin başa düşülməsini və bunlara uyğun hərəkət edilməsini təmin etmək.
- İdarə sistemləri çərçivəsində gördüyü işlərdə, işlədiyi strukturu təmsil edərək, bu işlərə lazımı əlavələr etmək üçün  Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə  məlumat vermək. 
- Qruplar, bölmələr və layihələr (tikinti) əsasında İdarə sistemlərinin sənəd və qeydlərini paylamaq, onlara nəzarət etmək.
-  Yoxlamalarda və ya yoxlamalardan kənar müəyyən edilən və ya qarşıya çıxa biləcək uyğunsuzluqlar barədə Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə məlumat vermək.
- İslahedici və önləyici fəaliyyətləri planlaşdırmaq, onlara nəzarət etmək, zəruri təkmilləşdirici fəaliyyətlər tövsiyə etmək, planlaşdırmaq və həyata keçirilməsində əmin olmalıdır.  
- İdarə sistemləri çərçivəsində yer alan təklif sisteminə uyğun olaraq, rəy və təkliflərin təqdim edilməsinə dəstək olmaq.

Vəzifəyə olan tələblər 

- Ali ixtisas təhsilli və ixtisası üzrə mütəxəssis olaraq azı 3 il iş stajı
- Kompyuter  biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı. 
- Nəzarət və qərar qəbul etmə qabiliyyəti.
- Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
- Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
- Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Bilməlidir

- İqtisadiyyatın və əsaslı tikintinin əsasi iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini; 
- tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarınıq sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri, sahənin və təşkilatın texniki və iqtisadi inkişafının perspektivlərini; 
- bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini;
- iqtisadiyyatı və istehsalın; əməyin və idarəetmənin təşkilini; 
- podrat müqavilələrinin bağlanma və icra qaydalarını; 
- təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını; 
- tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni; 
- mülki və əmək qanunçuluğunun əsaslarını; 
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları.

İqtisadçı

Təhsili: Ali
İş stajı: 3-5 il
Fəaliyyət sahəsi: İstehsalat
Kompüter biliyi: Excel və 1C mükəməl
Dil biliyi: Azərbaycan, Rus

  • İş üçün lazım olan digər xüsusiyyətlər İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə - Ali təhsil
  • İstehsalat sahəsində minimum 3 illik iş təcrübəsi
  • Mühasibat uçotu, qaydaları, vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı
  • ERP sistemləri üzrə bilik və təcrübələri olmalı
  • Vəzifə səlahiyyəti və məsuliyyəti Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması
  • Sistemə yeni reseptlərin daxil edilməsi
  • Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması
  • Aylıq faktiki göstəricilərlə planlaşdırılmış göstəricilərin müqaisə olunması
  • İstehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi
  • Rəhbərliyə aylıq və illik hesabatların təqdim edilməsi.