Tamamlanış layihə / Şəki
marxal6

"Marxal Resort & SPA"

 

Şəki rayonunun Kiş kəndində yerləşən, 43172 m2 sahəyə malik “Marxal Resort & Spa” istirahət kompleksi “Kontinent İnşaat” MMC tikinti şirkətinin həyata keçirdiyi ən böyük layihələrdən biridir.

 

İstirahət Mərkəzi

 

Bu unikal və bənzərsiz turizm obyekti – mehmanxana, spa, 31 ədəd kottec, restoran, kafe, ticarət mərkəzi, boulinq otağı, idman kompleksi, süni göl, daşqından mühafizə qurğuları və inzibati müəssisələrdən ibarətdir.

“Marxal Resort & Spa” əyləncə mərkəzi dəniz səviyyəsindən 1080 m yüksəklikdə yerləşir və hər tərəfdən dağlarla, əsrarəngiz təbiət mənzərələri ilə əhatə olunub.

marxal7