Предложения Работы
Внимание к кандидатам!
После заполнения «Заявки-Анкеты», просим Вас отправить ее по адресу [email protected], указав Вашу вакансию в названии темы.
Руководитель коммерческого отдела
Vəzifə öhdəlikləri:
- Layihələrin ehtimal büdcə (estimate budget) və xərc planlarının (cost plans) hazırlanması prosesinin təşkili və idarə olunması;
- Layihələrin iş qrafikinin hazırlanmasının və nəzarətinin təşkili;
- Layihələndirmə və tikinti mərhələlərində dəyərin idarə olunması (Value management);
- Layihələrin bütün mərhələlərində dəyişikliklərə nəzarət;
- Layihələndirmə və tikinti mərhələlərində zərurət yarandığı zaman mühəndis optimallaşdırması prosesini təşkil etmək (Value engineering);
- Layihələrin strategiyasına uyğun olaraq, tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq;
- Müqavilələrin hazırlanması prosesini imzaya qədər nəzarət və idarə etmək; Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration);
- Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək;
- İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control);
- Layihələrin Maliyyə axınları hesabatlarını hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management);
- Iddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi;
- Layihələrin Aralıq hesabatlarının hazırlanması (İnterim Cost Reports);
- Layihələrin qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis);
- Layihə çərçivəsində podratçıların müqavilə üzrə ilkin və yekun təhvil-təslim prosesini təşkil etmək (Practical & Final Completion Certificates);
- Layihələrin kommersiya tərəfindən uğurlu olmasını təmin etmək;
- Layihələr üzrə Yekun Xərc və Qənaət Hesabatını hazır etmək və Layihə Rəhbərinə təqdim etmək;
Tələblər:
- Ali təhsil: Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi
- İş təcrübəsi : Mülki tikinti sahəsində, oxşar rəhbər vəzifədə 5-7 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili - səlis,İngilis dili yaxşı (Rus dili arzuolunandır)
- Kompüter bacarıqları: MS Ofis proqramları (Word, Excel, PowerPoint,AutoCad)
İş şəraiti:
- İş yeri: Çıraq Plaza
- 5 günlük iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq;
- Nahar şirkət tərəfindən təmin olunur;
Maraqlanan şəxslərdən CV-ni vəzifə adı göstərilməklə e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Инженер-сметчик
Vəzifə Öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
- Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
- Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
- Smetaların bazar qiymətləri ilə hesablanması;
- Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
- Sahələrdən gələn texniki hesabatların yoxlanması.
Tələblər:
- Mühəndis (İnşaat Sahəsi) ixtisası üzrə ali təhsil;
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
- İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək.
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır
- MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+
- Analitik düşüncə tərzi,
- Dəqiqlik, operativlik.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 5 günlük iş rejimi
- Həftə içi günlər saat 09:00-dan 18:00-dək
- Şənbə, bazar istirahət günü
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı 2000-2500 azn (net)
Namizədlər CV-lərini “Smeta üzrə mühəndis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Сметчик
Responsibilities:
- Prepare tender and contract documents, including bills of quantities
- Check prepared bills of quantity for accuracy and thoroughness according the drawings;
- If necessary carry out, on site, accurate measurements of work;
- Prepare and analyse all types of quantities according the design for tenders;
- Experienced in reading the project, To ensure that the works are done in a timely and high quality manner, sensitive to business tracking and feedback;
- Ability to communicate and express strength, business coordination and planning skills are high;
- Can work in dynamic, busy work tempo;
- Undertake tasks/activities and prepare all reports as may be requested by the Commercial Manager.
Requirements:
- Graduated from Civil Engineering or Architecture Departments of Universities;
- Minimum 3 years quantity surveying experience in construction projects;
- MS Office (Word, Excel) and AutoCAD program can use a good degree;
- Be thoroughly familiar with current quantity surveying techniques.
Please, send your CV/Resume with "Quantity Surveyor" subject.