İDARƏETMƏ VƏ KONSALTİNQ

Heyətimiz ən üstün səviyyəli fəaliyyət nəticələri əldə etmək üçün bütün şöbələrlə sıx əməkdaşlıq şəraitində çalışır.

“Kontinent İnşaat”ın rəhbərliyi ümumi fəaliyyət məqsədlərini dəstəkləyən və aktivlər üçün spesifik olan məhsul strategiyalarını formalaşdırmaq, həyata keçirmək məqsədilə mövcud yeniliklərdən maksimal şəkildə faydalanır.

“REFRAME” MMC (Konsaltinq və Menecment)

Şirkətin məqsədi idarəedici menecerlərlə sıx əməkdaşlıq edərək, onların daha düzgün qərarlar verməsinə, bu qərarların fəaliyyətə çevrilməsinə və onların hədəflədiyi uğurlu nəticələrə nail olmasına yardım etməkdən ibarətdir. Maliyyə çərçivəsindən kənara çıxmamaqla hədəflərə çatmaq, praqmatik, hərtərəfli və davamlı inkişafa dəstək vermək üçün müştərilərinə keyfiyyətli konsaltinq xidmətləri göstərir.

Şirkət diqqətini müştərilərinin həqiqi dəyərinə, o cümlədən, strateji qərarlara və praktiki tədbirlərə yönəltməklə real nəticələr ortaya qoyur. Müvəffəqiyyət əldə etmək məqsədilə elə ilk gündən təşkilatın hərəkətverici qüvvələri və imkanları bütün səviyyələrdə səfərbər olunub.

Şirkət əsas etibarilə markanın idarə olunmasına fokuslanıb, eyni zamanda rəqabətə dayanıqlı mövqe sərgiləmək, marketinq kompleksinin, resursların yerləşdirilməsinin satışa və mənfəətə təsiri də diqqət mərkəzindədir.